- Baxış sayı: 33
- 26 Avqust 2026 11:45
- Baxış sayı: 74
- Avqust 25, 2026
- 0


“Vaşinqton Kepitalz” Kal Peterseni mövsümöncəsi hazırlıq düşərgəsinə dəvət edib.
Allsport.az xəbər verir ki, 31 yaşlı qapıçı ilə sınaq xarakterli peşəkar müqavilə imzalanacaq.
Petersen daha əvvəl NHL-də “Los Anceles Kinqz” və “Filadelfiya Flayerz”in, həmçinin AHL-də “Ayova Vayld”ın formasını geyinib.
Amerikalı qapıçı ötən mövsüm “Ayova”nın heyətində 33 oyunda 89,6 faiz qurtarış göstəricisi ilə çıxış edib. Onun etibarlılıq əmsalı 2,73 olub.
Petersen NHL-də sonuncu dəfə 2023/24 mövsümündə oynayıb. O, həmin mövsüm 5 matçda 86,4 faiz qurtarışla yadda qalıb. Ümumilikdə NHL-də 106 oyuna çıxan qapıçının qurtarış göstəricisi 90,3 faizdir.