Yekun heyət müəyyənləşib

Yekun heyət müəyyənləşib

Avqustun 27-dən 29-dək Bakı növbəti dəfə dünyanın ən güclü güləşçilərini bir araya gətirəcək.

Allsport.az xəbər verir ki, “Sea breeze” istirahət mərkəzində keçiriləcək çimərlik güləşi üzrə iki nüfuzlu beynəlxalq yarışda iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.

Üç gün ərzində 34 ölkədən 200-dən çox idmançının qatılacağı yarışlarda baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında 37 güləşçimiz mübarizə aparacaq.

Avqustun 27-də keçiriləcək U-17 dünya çempionatında 22 təmsilçimiz çıxış edəcək. Oğlanların yarışında Əlirza Heybətli, Elcan Həsənov, Ömər Zeynalov (hamısı 60 kq), Rəşad Əliyev, Rəşid Nəzərov, Tunar Quliyev (hamısı 70 kq), Ruslan Vəliyev, Nihad Süleymanlı, Ömər Vəliyev (hamısı 80 kq), Elvin Hacıquliyev, Elvin Necəfzadə və Elgün Kərimli (hamısı 90 kq) mübarizə aparacaq.

Qızların yarışında isə Gülnar Ağadadaşova, Nərgiz Adilova, Vəfa Orucova (hamısı 45 kq), Ülviyyə Musayeva, Günel Kərimli, Nəzrin Əhmədli (hamısı 55 kq), Fidan Babayeva, Rəna Nuriyeva, Mədinə Qasımova (hamısı 65 kq) və Simurə Abdullayeva (75 kq) qüvvəsini sınayacaq.

Avqustun 28-29-da təşkil olunacaq dünya seriyasının 4-cü mərhələsində isə 15 təmsilçimiz iştirak edəcək.

Kişilərin yarışında Rübail İbrahimli, İbrahim Musayev, İmamhüseyn Nəbiyev (hamısı 70 kq), Sahib Dadaşov, Vüsal Əliyev, Cavid Niftəlizadə (hamısı 80 kq), Əşrəf Aşırov, Ramiz Həsənov, Fərid Cabbarov (hamısı 90 kq), Camal Feyziyev və Rəvan Musayev (hər ikisi +90 kq) mübarizə aparacaq.

Qadınların yarışında isə Əsmər Canqurtaran (50 kq), Nərgiz Səmədova (60 kq), Nigar Mirzəzadə və Zəhra Kərimzadə (hər ikisi 70 kq) çıxış edəcək.

Yarışların gündüz seansı hər gün saat 10:00-da, axşam seansı isə saat 16:00-da başlayacaq.

Həmin kateqoriyadan