- Baxış sayı: 10
- 11 Avqust 2026 23:16
- Baxış sayı: 138
- Avqust 10, 2026
- 0

Bu gün UEFA çempionlar liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Allsport.az xəbər verir ki, “Sabah” Bakıda “Orhus”u qəbul edib.
Tərəflər arasında Danimarkada keçirilən ilk matçda “bayquşlar” 1:2 hesabı ilə uduzub.
Saat 20:00-da keçirilən görüşü fransalı hakimlər briqadası idarə edib.
Təmsilçimiz rəqibini 4 cavabsız qolla darmadağın edib – 4:0.
“Sabah” pley-off mərhələsində “Srvena Zvezda” – “Hapoel” (Beer-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq.
Komanda son mərhələdə mübarizəni dayandırarsa, Avropa liqasının qrup mərhələsində çıxış edəcək.