“Öz səhvlərim ucbatından finala çıxa bilmədim”

“Öz səhvlərim ucbatından finala çıxa bilmədim”

Slovakiya paytaxtı Bratislavada gənc güləşçilərin dünya birinciliyi davam edir. Yarışın 3-cü günündə daha 1 təmsilçimiz fərqləndi. Emin Cavadlı (55 kq) bürünc medal uğrunda görüşdə yaponiyalı Hiro Sakamotonu 11:1 məğlub etdi. Çıxışını başa vurduqdan sonda o sevincini Allsport.az saytı ilə paylaşdı:

“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışlarımız olmuşdu. Bu dünya çempionatına bariz favoritlərlə gəlmişdik. Sadəcə, öz səhvlərim ucbatından finala çıxa bilmədim. Gürcüstanlı rəqiblə görüşə səhv başladım. Xallar verdim, amma onları geri qazana bilmədim. Çempionluğa gəlmişdim, qismət beləymiş. Olan-olmayan hər şeyə görə Allaha həmd olsun”.

Xatırladaq ki, dünən Cavidən Nəhmətov (77 kq) 2-ci, Tural Əhmədov (63 kq) 3-cü yer tutub.

Kamran HACI, Bratislava

Həmin kateqoriyadan