Beynəlxalq ekspertlə əməkdaşlıq

Beynəlxalq ekspertlə əməkdaşlıq

Sloveniya üzgüçülük assosiasiyasının keçmiş prezidenti Azərbaycan üzgüçülük federasiyasında fəaliyyətə başlayıb.

Allsport.az xəbər verir ki, üzgüçülük təhsili və yerli mütəxəssislərin hazırlanmasına dair bir sıra istiqamətlərin inkişaf etdirilməsi məqsədi ilə Boro Ştrumbelj əməkdaşlığa cəlb olunub.

2019-2024-cü illərdə Sloveniya üzgüçülük assosiasiyasına rəhbərlik etmiş Boro Ştrumbeljin kurasiyası ilə məşqçi və hakimlərin sertifikasiyası və lisenziyalaşdırılması, Azərbaycan idman akademiyasında tədris prosesinin təkmilləşdirilməsi və “Üzməyi öyrənək” layihəsinin inkişafı istiqamətində işlər aparılacaq.

Lyublyana universitetinin idman fakültəsinin dosenti olan Boro Ştrumbelj idman elmi, idman diaqnostikası, suda təhlükəsizlik və məşqçi hazırlığı sahələrində geniş təcrübəyə malikdir. O, Avropa su idmanı federasiyasının “Üzməyi öyrənək” komissiyasının sədri və həmsədri kimi fəaliyyət göstərib, hazırda isə sosial məsuliyyət komissiyasına rəhbərlik edir.

Həmin kateqoriyadan