Millilərimizdə yeni təyinatlar

Millilərimizdə yeni təyinatlar

AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib.

Allsport.az xəbər verir ki, namizədlərin təyinatı Azərbaycan futbol federasiyaları assosiasiyası (AFFA) icraiyyə komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.

Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri təyin olunublar:

U-15 – Aleksandr Qross

U-16 – Famil Xəlilov

U-17 – Emin Mustafayev

U-18 – Mahmud Qurbanov

U-19 – Elgiz Kərəmli

Baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub. Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın texniki departamenti tərəfindən hazırlanaraq icraiyyə komitəsinə təqdim edilib.

Həmin kateqoriyadan