Klub sahibi oldular

Klub sahibi oldular

Aralarında Tomas Müller, Mats Hummels və Yan Sommerin de yer aldığı investorlar qrupu Portuqaliyanın “Eştrela” klubunun 90 faizlik səhmlər paketini əldə edib.

Allsport.az xəbər verir ki, Almaniya, İtaliya və İsveçrə futbolunun tanınmış simalarını birləşdirən konsorsium bu satınalma üçün 40 milyon avro xərc çəkib.

Bu göstərici Portuqaliya futbol tarixində idman səhmdar cəmiyyətinin hissələrinin özgəninkiləşdirilməsi üzrə ən iri sövdələşmə kimi qeydə alınıb.

“Eştrela” 2023/24 mövsümündə Portuqaliya ən üst liqasına vəsiqə qazanıb. Bununla belə, komandanın maliyyə böhranı davam edir. 2026-cı ilin may ayında öhdəlikləri 25 milyon avronu ötmüş klub borcların strukturlaşdırılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdı.

Həmin kateqoriyadan