“Əl-Hilal” danışıqlara başladı

“Əl-Hilal” danışıqlara başladı

“Arsenal”ın futbolçusu Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Allsport.az xəbər verir ki, “Əl Hilal” hücumçunun xidmətində maraqlıdır.

Riyad təmsilçisi Martinelli üçün rəsmi danışıqlara başlayıb.

Braziliyalı futbolçu klubunu dəyişməyə müsbət yanaşır.

Martinelli 2019-cu ildən “Arsenal”ın formasını geyinir. O, “topçular”la 191 oyunda 41 qola imza atıb.

Həmin kateqoriyadan