- Baxış sayı: 89
- 19 Avqust 2026 22:47

- Baxış sayı: 73
- Avqust 20, 2026
- 0


Slovakiya paytaxtında keçirilən “Mladost” idman zalında gənclərin dünya birinciliyinin 4-cü günündə yunan-Roma güləşçilərin çıxışlarını Bratislavada yaşayan həmyerlilərimiz də izlədilər. Mübarizə başa çatdıqdan sonra Allsport.az saytı dışarda onların bir dəstəsi ilə görüş təşkil etdi. Azarkeşlərin ən fəallarından olan Tahir Əlizadə yarış təəssüratını bölüşdü:
“Bu gün biz Bratislavada güləşçilərin dünya çempionatına qoşulmuşuq. Hər zaman burada hansı idman tədbiri keçirilirsə, çalışırıq orada iştirak edək, həmyerlilərimizə dəstək olaq. Qürur hissi ilə çox xoşbəxtik ki, güləşçilər olsun və ya digər idman növlərində təmsilçilərimiz – onların qələbələri bizi çox ruhlandırır, bizə şərəf verir. Allah qoysa, hər zaman belə olsun. Bizə düşən vəzifə gəlib dəstək vermək. Bu belədir, belə də olacaq!”
Kamran HACI, Bratislava