- Baxış sayı: 125
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

Şimali İrlandiya futbol assosiasiyası (İFA) FİFA prezidenti Canni İnfantinonun qarşıdakı seçkilərdə namizədliyinə dəstəyini geri çəkib.
Allsport.az xəbər verir ki, qurum bildirib ki, FİFA-nın aktivlərinin bir hissəsinin özəl investisiya şirkətinə satılması ilə bağlı təklifin məsləhətləşmələr aparılmadan irəli sürülməsi sadəcə kommunikasiya problemini deyil, daha ciddi məsələləri ortaya çıxarır.
Xatırladaq ki, iyulun sonunda FİFA-nın dünya çempionatının yayım və digər kommersiya hüquqlarının satışı üçün yeni struktur yaratmağı planlaşdırdığı məlum olub. Lakin futbol konfederasiyalarının tənqidi və UEFA-ya üzv ölkələrin dünya çempionatını boykot etmək ehtimalından sonra İnfantino bu ideyadan imtina edib.