- Baxış sayı: 57
- 20 Avqust 2026 18:28

- Baxış sayı: 372
- Avqust 20, 2026
- 0


“Şanxay Drayqons”un yeni transferi Civani Smit KHL-ə keçidi barədə danışıb.
Allsport.az xəbər verir ki, 28 yaşlı kanadalı hücumçu qərar verməsinin iki il çəkdiyini bildirib:
“Düzünü desəm, KHL-ə keçmək qərarını vermək üçün mənə bir neçə il lazım oldu. Amma bu keçiddən və dünyanın başqa bir hissəsini görmək imkanından məmnunam.
Heç bir şübhəm yox idi. Sadəcə Amerikada inkişaf etmək, karyeramı orada qurmaq və öz komandamı tapmaq istəyirdim. Amma sonda KHL-ə və “Şanxay”a keçmək qərarına gəldim.
Komandada çoxlu rusiyalı oyunçu var. Artıq bəzi sözləri deməyə də çalışıram. Rusiya mədəniyyətini anlamaq istəyirəm. Hər şeyi öyrənəcəyəm. Brennan Menell rus dili və mədəniyyətini çox yaxşı bilir. O, mənim üçün nümunə olacaq”.
Qeyd edək ki, Smit ötən mövsüm AHL-də “Çikaqo Vulfz”un formasını geyinib. O, 25 oyunda 5 (2+3) xal toplayıb.
Kanadalı hücumçu daha əvvəl NHL-də “Detroyt”, “Florida”, “San-Xose” və “Kolorado” klublarında çıxış edib. O, NHL-in müntəzəm çempionatında ümumilikdə 168 oyuna 22 (9+13) xal toplayıb.