- Baxış sayı: 44
- 25 Avqust 2026 11:57
- Baxış sayı: 74
- Avqust 25, 2026
- 0


UFC döyüşçüsü Ömər Nurməhəmmədov gürcüstanlı Merab Dvalişvili ilə mümkün revanş döyüşü barədə danışıb.
Allsport.az xəbər verir ki, 2025-ci ilin yanvarında Nurməhəmmədov Dvalişviliyə hakimlərin yekdil qərarı ilə məğlub olub və UFC-nin ən yüngül çəki dərəcəsində çempion titulunu qazana bilməyib.
O, revanş döyüşünə hazır olduğunu bildirib:
“Pyotr Yanın yenidən Dvalişviliyə qalib gəlməsini və mənə Merabla revanş şansı verilməsini gözləyirəm. Bəlkə də hər şey belə olacaq. Hər halda, mən hazır olacağam və istənilən rəqiblə döyüşəcəyəm”.
Ömər Nurməhəmmədov avqustun 29-da Çinin Şanxay şəhərində keçiriləcək UFC turnirində çinli Sonq Yadunla qarşılaşacaq.