- Baxış sayı: 122
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

İngiltərənin “Bornmut” klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Premyer liqa təmsilçisi “Yuventus”dan Mikele Di Qreqorionu icarəyə götürüb.
İtaliyalı qolkiper mövsümün sonuna kimi “Bornmut”un formasını geyinəccək. “Qırmızı-qaralar” 29 yaşlı “əlcək-sahibi” üçün Turin klubuna 1,3 milyon avro icarə haqqı ödəyiblər.
“Yuventus” Mikele Di Qreqorionu 2024-cü ilin yayında “Montsa”dan transfer edib. İtaliya millisinin üzvü 2025/26 mövsümündə “A” seriyası nəhənginin heyətində meydana çıxdığı 37 rəsmi matçda 36 qol buraxıb. O, 17 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.