“Artıq nisbi inkişaf var”

“Artıq nisbi inkişaf var”

Ölkəmizdə ilk dəfə badminton üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 9 ölkədən 64 idmançı 5 dərəcədə qalibləri müəyyənləşdiriblər. Azərbaycan badminton federasiyasının baş katibi Əjdər Cəfərov bu tədbiri yüksək qiymətləndirib:

“Badmintonçularımızın çıxışları bizi sevindirir. Onlar yaxşı pyunlar nümayiş etdirirlər. Artıq nisbi inkişaf var. Məsqədimiz, yerli idmançıların hazırlanmasıdır. Çalışırıq ki, legionçulardan istifadə etməyək. Bu cür beynəlxalq yarışların gələcəkdə davamlı keçirilməsi badmintonçularımızın yüksək səviyyədə hazırlanmasına və ölkədə bu idman növünün daha məşhurlaşıb marağın artmasına xidmət göstərəcək”.

Dünya badminton federasiyasının (DBF) rəsmi təqvim planına daxil olan “Azərbaycan junior open 2026” turnirinin keçirilməsində əsas məqsəd yeniyetmə və gənc badmintonçularımızın beynəlxalq yarış təcrübəsinin artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və milli komandada rəqabət mühitinin daha da gücləndirilməsidir.

Həmin kateqoriyadan