- Baxış sayı: 122
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

Kristofer Nkunku “Leypsiq”ə qayıdıb.
Allsport.az xəbər verir ki, 28 yaşlı hücumçu “Milan”dan Almaniya klubuna icarə əsasında keçib. Müqavilədə futbolçunu birdəfəlik almaq hüququ da nəzərdə tutulub.
“Leypsiq” icarə haqqı olaraq qarşı tərəfə 3,5 milyon avro ödəyəcək. Transferin tam məbləği isə 30 milyon avro təşkil edə bilər.
Nkunku 2019-2023-cü illərdə “Leypsiq”də çıxış edib. Daha sonra “Çelsi”yə keçən fransalı futbolçu 2025-ci ilin avqustunda 37 milyon avro qarşılığında “Milan”a transfer olunub.