- Baxış sayı: 99
- 22 Oktyabr 2026 23:00
- Baxış sayı: 458
- Oktyabr 21, 2026
- 0

Slovakiya paytaxtında keçirilən “Mladost” idman zalında gənclərin dünya birinciliyinin 4-cü günündə yunan-Roma güləşçilərin mübarizəsində azarkeş dəstəyi oldu.
Allsport.az saytı xəbər verir ki, başda Azərbaycanın bu ölkədə səfiri Vüsal Abdullayev olmaqla, Bratislavada yaşayan bir dəstə həmyerlimiz, eləcə də diaspora üzvləri idmançılarımıza tərəfkeşlik etdilər.
60 kq-da qızıl medal qazanan Ayxan Cavadovun mükafatlandırmasından sonra onun şərəfinə səsləndirilən Azərbaycan himnini arenaya toplaşan bütün azərbaycanlılar bir ağızdan uca səslə oxudular.