Qadını zorlamaqda ittiham edilən ulduz futbolçunun həbsxanası dəyişdirildi

Cinsi təcavüzdə ittiham olunan braziliyalı futbolçu Dani Alveş başqa həbsxanaya köçürülüb. Allsport.az xəbər verir ki, 40 yaşlı sağ cinah müdafiəçisinin 3 gündür saxlanıldığı yer dəyişdirilib.

Braziliya millisinin üzvü 200 məhkumun saxlanıldığı “Brains 1” həbsxanasından köçürülüb. Təhlükəsizlik, hamam və digər ehtiyacların ümumi olmasına görə, onun yerinin dəyişdirilməsini istəyib.

Nəticədə, təcrübəli futbolçu 80 məhkumun olduğu “Brains 2” həbsxanasına köçürülüb. Alveşin yeni həbsxanasında 1 kamera var. O, burada həkim, psixoloqla təmin olunacaq, vəkili ilə görüşə icazə veriləcək.

Dani Alveş yanvarın 20-də Barselonada gecə klubunda bir qadına cinsi təcavüz etməkdə təqsirləndirilir. Müdafiəçini 4 ildən 12 ilədək həbs cəzası gözləyir.

Həmin kateqoriyadan