“Qoldan sonra daha yaxşı mübarizə apardıq”

“Kəpəz” premyer liqanın 2-ci turunda səfərdə “Zirə”yə 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Azər Məmmədov bunu deyib:

“Çox gərgin oyun oldu. Bilirdim ki, bizim komanda üçün çətin matç olacaq. İki fərqli hissə izlədik. İlk yarıda “Neftçi” ilə görüşdə olduğu kimi müdafiədən irəliyə atılaraq “Zirə”ni əks-hücumda tutmağa çalışırdıq. İlk dəqiqələrdə bunu bacardıq.

Sonra bunu alındıra bilmədik. İkinci hissəyə gəlincə, qoldan sonra daha yaxşı mübarizə apardıq. Hətta bir az rəqibi də üstələdik. Bir diqqətsizlikdən qapımızda qol gördük. Yekunda da məğlub olduq. “Zirə”ni qələbəyə görə təbrik edirəm”.

Həmin kateqoriyadan