“Rəqib istər-istəməz oyunçularımızı meydanda qaçırtdı”

Antalyada təlim-məşq toplanışında “Sumqayıt” bu gün son yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız Rusiya premyer liqa təmsilçisi “Krılya Sovetov”la qarşılaşıb və 0:1 yenilib. Matçdan sonra baş məşqçi Samir Abbasov bunu deyib:

“Türkiyə təlim-məşq toplanışı çərçivəsində bu gün son yoxlama oyunumuzu keçirdik. Düşünürəm ki, oyun pis alınmadı, futbolçularım özlərini yaxşı tərəfdən göstərə bildir. Rəqibimiz Rusiya premyer liqası təmsilçisi “Krılya Sovetov” klubu idi. Güclü rəqibə qarşı komanda pis təsir bağışlamadı.

Rəqib istər-istəməz oyunçularımızı meydanda qaçırtdı ki, bu da bizim üçün olduqca əlverişli idi. Oyundan sonrakı analizdə isə taktiki gedişlər və səhvlərimizi incələyərək futbolçularla müzakirə edəcəyik. İlk yarıda daha dinamik təsir bağışlayan komandamın oyunu məni qane etdi.

İkinci hissədə bəlkə rəqibin daha çox qaçmağı, bizim yorğun olmağımız və akademiyanın oyunçularını meydana buraxmağımız öz oyunumuzdan çıxmağımıza gətirib çıxardı. Amma ümumilikdə oyuna qiymət versək, düşünürəm ki ilk yoxlama oyunundan daha yaxşı təsir bağışladıq”.

Həmin kateqoriyadan