- Baxış sayı: 35
- 21 Yanvar 2025 15:40
- Baxış sayı: 180
- Yanvar 19, 2025
- 0
“Qarabağ” və “Qəbələ” klublarının Avroliqanın qrup mərhələsinə düşməsi böyük hadisədir. Püşkə əsasən, Ağdam komandasının rəqibləri daha güclüdür”. Allsport.az saytı xəbər verir ki, bunu Dünya Kubokunun 1/16 finalında hindistanlı rəqibi Sethuraman Panayapana ilk görüşdə qalib gələn Şəhriyar Məmmədyarov deyib.
Qrosssmeyster bildirib ki, “Qarabağ” rəhbərliyi ona dəstək olub. O da öz növbəsində, futbolçularımıza azarkeşlik edəcək: “Dünya Kubokunun gedişində “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Fairmont” mehmanxanasına gəldi, mənə dəstək nümayiş etdirdi. İnanıram ki, hər 2 komandamız qalib gələcək. Qalib gəlməsə də, gözəl oyun göstərəcək. Yorğun olsam da, bu gün mütləq bir matçı TV-dən izləyəcəyəm”.