- Baxış sayı: 53
- 13 May 2026 15:17
- Baxış sayı: 7
- May 25, 2026
- 0

Bakı idman sarayında Azərbaycan basketbol liqasında (ABL) “Sabah” – “Abşeron Lions” final sıralamasının 3-cü oyunu keçirilib.
Allsport.az saytı xəbər verir ki, oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda 3-qat ölkə çempionu üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib.
Beləcə, “bayquşlar” ümumi hesab 3:0 edərək, klub tarixində ardıcıl 4-cü çempionluğunu qazanıb. Final sıralamasının ən dəyərli basketbolçusu “Sabah” klubundan Castin Tilman seçilib.