Serbiyanı Avropa Oyunlarında təmsil edəcək idmançıların sayı 113-ə çatıb

Serbiyanı “Bakı-2015” ilk Avropa Oyunlarında təmsil edəcək idmançıların sayı 113-ə çatıb. Allsport.az xəbər verir ki, Serbiya Milli Olimpiya Komitəsinin idarə heyətinin toplantısında verilən bu məlumat qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 16 idman növü üzrə mübarizə aparacaq idmançıların siyahısına Serbiyanın su polosu üzrə kişilərdən və qadınlardan ibarət yığması, üç karateçi (Slobodan Biteviç, Marko Antiç və Branka Arandeloviç), dağ velosipedi idman növü üzrə Jovana Crnogorac, stolüstü tennis üzrə isə bu ölkənin qadınlardan ibarət millisi əlavə edilib.

Həmin kateqoriyadan