Serbiyanı Avropa Oyunlarında təmsil edəcək növbəti idmançılar müəyyənləşib

Serbiyanı “Bakı-2015” ilk Avropa Oyunlarında təmsil edəcək daha 16 idmançının adı bəlli olub. Allsport.az xəbər verir ki, bununla da, yarışlara qatılacaq idmançıların sayı 130-a çatıb.

Serbiya Milli Olimpiya Komitəsi Assambleyasının IV müntəzəm sessiyasında bu barədə məlumat verilib. İlk Avropa Oyunlarına qatılacaq Serbiya nümayəndə heyətinin rəhbəri Damir Ştayner badminton, taekvondo və cüdo idman növləri üzrə yarışlarda mübarizə aparacaq idmançıların da müəyyənləşdiyini bildirib.

Belə ki, İqor Bjelan və Milica Simiç badminton, Tijana Boqdanoviç (49 kq), Draqana Gladoviç (57 kq), Ana Bajiç (67 kq), Milica Mandiç (67 kq), Miloş Gladoviç (58 kq) və Damir Fejziç (80 kq) taekvondo, Jovana Rogiç (57 kq), Ilija Ciganoviç (66 kq), Marko Vukiceviç (66 kq), Ljubisa Kovaceviç (73 kq), Nemanja Majdov (81 kq), Aleksandar Kukolj (90 kq), Dmitri Gerasimenko (90 kq) və Stefan Jurisiç (100 kq) isə cüdo üzrə yarışlarda Serbiyanı təmsil edəcəklər.

Həmin kateqoriyadan