“Son 200 Gün”

Avropa Oyunlarının başlamasına gerisayım davam etməkdədir. Allsport.az saytı xəbər verir ki, bu münasibətlə Bakı-2015-ə “Son 200 Gün” adlı əlamətdar tədbiri qeyd edir. Tədbir 24 noyabırda saat 20:00-da Qız qalası yaxınlığında baş tutacaq.

İdman bayramına media nümayədələri üçün ayrılmış xüsusi yerlər olacaq. Həmin əraziyə daxil olmaq üçün sizə xüsusi media akkreditasiyası lazım olacaq.

Qeydiyyat kartlarını əldə etmək üçün son tarix 24 noyabr saat 13:00-dır. Qız qalasının ətrafı işıqlandırılacaq və tədbirdə Bakı-2015 haqqında önəmli bir xəbər açıqlanacaq. Kiv nümayəndələrinə foto, video çəkiliş və müsahibə almaq imkanı yaradılacaq.

Həmin kateqoriyadan