Taekvondoçulara iki illik cəza

Rusiya taekvondoçuları Yelizaveta Doljikova və Yuliya Volkova antidopinq qaydalarını pozduqlarına görə iki il müddətinə diskvalifikasiya olunublar. Allsport.az xəbər verir ki, bu barədə beynəlxalq dopinq test agentliyi (İTA) rəsmi saytında məlumat yayıb. 27 yaşlı Doljikovanın nümunələrində tuaminoheptan, Volkovanın nümunələrində isə furosemid aşkar edilib. Hər iki maddə qadağan olunmuş maddələrin siyahısına daxildir.

2010-cu ildə 45 yaşlı Volkovskaya Ukrayna yığması ilə Avropa çempionatında bürünc medal qazanıb, 2014-cü ildən sonra isə Rusiya çempionu olub. Yelizaveta Doljiikova 2014-cü ildə ölkə çempionatının qalibi olub.

Həmin kateqoriyadan