Ukrayna Avropa Oyunlarında 220-230 idmançı ilə təmsil oluna bilər

Ukraynanın 185 idmançısı Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak hüququnu təmin edib. Allsport.az xəbər verir ki, hazırda nüfuzlu yarışa lisenziya seçimi davam edir.

Məlumatda deyilir ki, artıq 185 atlet idmanın 15 növü üzrə “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək hüququ verən lisenziya alıb. Gözlənildiyinə görə, Ukrayna komandasının tərkibinə 220-230 idmançı daxil olacaq. Onlar idmanın, demək olar, bütün növlərində təmsil olunacaqlar.

Həmin kateqoriyadan