Ulduz elçilər kimlərə dəstək veriblər?

Dünən Bakı-2015-in Ulduz elçiləri və Avroviziya-2011 mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal İdmançılar kəndində görüş küçiriblər. Allsport.az saytı xəbər verir ki, duet oxuyan cütlük Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində rol almağı gözləyən iştirakçılar qarşısında həvəsləndirici qısa çıxış etmiş və iri beynəlxalq yarışlarda uğurla çıxış etmək üçün fədakarlıq və hazırlığın əhəmiyyətini vurğulayıblar.

Avroviziya mahnı müsabiqəsinin qalibi Nigar Camal deyib: “Öz ölkəni böyük beynəlxalq yarışlarda təmsil etmək inanılmaz hissdir və bir çox Azərbaycanlı gəncin Avropa Oyunlarında bu cür imkan əldə etmələri mənim üçün çox xoşdur. Bir Ulduz elçi olaraq mərasim iştirakçıları proqramı kimi bir sıra təşəbbüslər vasitəsilə çox sayda insanı Bakı-2015-ə cəlb etmək və ölkəmizin tarixinə yeni səhifənin yazılmasında iştirak etmək mənim vəzifəmdir”.

Avropa Oyunlarının açılışında təşkilatçı şəhərin müasir Avropada oynadığı rolu əks etdirən ənənəvi Azərbaycan mədəniyyəti qeyd olunacaq, eyni zamanda, Oyunlarda yarışacaq idmançılar təntənəli şəkildə salamlanacaq. Bu mərasimləri hazırlayan Five Currents şirkətinin baş prodüseri Tom Bisinyano deyib: “Biz Azərbaycan haqqında bir arzu yaratmaq istəyirik və bu arzunun reallaşması üçün sizin köməyinizə ehtiyacımız var. Bizə qoşulun və mən sizə həqiqətən də unudulmaz bir təcrübə qazanacağınıza söz verirəm”.

Bakı-2015-in iştirakçısı Xumar xanım Quluzadə deyib: “Mənim dinləməm gözəl keçdi və dinləmədə iştirak edən hər kəs çox səmimi və gülərüz idi. Artıq böyük bir ailənin bir hissəsinə çevrildiyimi hiss edirəm və Avropa Oyunlarının mərasim iştirakçısı olmaq üçün məşqlərə başlamağı səbirsizliklə gözləyirəm”.

Həmin kateqoriyadan