- Baxış sayı: 53
- 09 May 2025 12:57
- Baxış sayı: 90
- May 12, 2025
- 0
Kişi voleybolçuların yüksək liqasında üçüncü yer uğrunda mübarizəyə start verilib.
Allsport.az xəbər verir ki, bu gün GİN-in voleybol mərkəzində “Neftçi” – “Xilasedici” komandaları bürünc medal üçün ilk oyuna çıxıblar. Gərgin mübarizədə keçən görüşdə “Xilasedici” 3:0 hesabı ilə qələbə qazanıb. Bu komandaların ikinci oyunu sabah keçiriləcək.
Reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.
Üçüncü yer uğrunda
Birinci oyun)
20 aprel
“Neftçi” – “Xilasedici” 0:3 (20:25, 22:25,17:25)
İkinci oyun
21 aprel
17:00. “Xilasedici” – “Neftçi”
Ünvan: GİN-nin Voleybol Mərkəzi