“Rəqib 9 top fərqini aradan qaldırdıqdan sonra təlaşlandıq və toparlana bilmədik”

“Rəqib 9 top fərqini aradan qaldırdıqdan sonra təlaşlandıq və toparlana bilmədik”

Qadın voleybolçular arasında Avropa çempionatının “C” qrupunda bu gün millimiz evdə Belçikaya 0:3 uduzdu. Allsport.az saytı xəbər verir ki, oyundan sonra seçməmizin hücumçusu Yelizaveta Ruban yenilgiyə aydınlıq gətirdi:

“İlk növbədə, azarkeşlərə təşəkkür edirəm. Onlar bu gün də möhtəşəm idilər və bizi sonadək dəstəklədilər. Milli gimnastika arenası tam dolmuşdu. Bu, qürurvericidir.

Tamaşaçıların dəstəyi bizə əlavə güc verdi. 3-cü hissədə 9 top üstün olmağımıza rəğmən, öz səhvimizdən uduzduq. Rəqib bunca fərqi aradan qaldırandan sonra təlaşlandıq və toparlana bilmədik.

Biz mübarizəyə hazırdıq. Sadəcə, rəqib güclü idi. Yarış cədvəlində yüksək yerlər vacib şərtdir. Çalışsaq da, bu gün alınmadı”.

Həmin kateqoriyadan