“Bizdə ən böyük nöqsan, məşq zamanı yaxşı müdafiəmizin olmamasıdır”

“Bizdə ən böyük nöqsan, məşq zamanı yaxşı müdafiəmizin olmamasıdır”

Qadın voleybolçular arasında Avropa çempionatının “C” qrupunda bu gün millimiz evdə Belçikaya 0:3 məğlub oldu. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra seçməmizin hücumçusu Polina Rəhimova bunu dedi:

“Bizim orada bir siyahı nöqsanımız var. Bunun indi hamısını demək yersizdir. Hər şeyi gözəl anlayır və bilirik. Amma işləmək lazımdır. Düzünü desəm, olduğumuz kimi oynamadıq. Çətin olsa da, hesabda geridönüş edə bilərdik.

Rəqib bizi çox yaxşı təhlil etmişdi. Onlar müdafiədə mükəmməl oynadılar. Bizdə ən böyük nöqsan, məşq zamanı yaxşı müdafiəmizin olmamasıdır. Biz özümüz belə yaxşı çıxış edirik. Əgər məşqdə müdafiədə yaxşı işləsəydik, bu gün belə uduzmazdıq.

Bizdə zərbələr də alınmadı. Bu, istəmədən olur. Bəzən qollarımız tərli olur və bu üzdən top kənara sıçrayır. Zəif müdafiə üzündən məşqdə biz vursaq da, elə bilirik yaxşıyıq, amma əslində belə deyil.

Kobud səhvlər oyuna təsir edir. Qadın voleybolunda təlaşa tez düşmək olur. Bəzən bir top oyunun gedişini dəyişə bilər. Elə olur, zəif oyunlarda uduzuruq. Bu gün bizim gün deyildi”.

Həmin kateqoriyadan