- Baxış sayı: 37
- 23 Yanvar 2025 23:53
- Baxış sayı: 80
- Yanvar 23, 2025
- 0
“Bursaspor” klubunun borclu olduğu futbolçuların və menecerlərin siyahısı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, siyahıda Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Namiq Ələskərovun da adı var.
“Yaşıl timsahlar” həmyerlimizə 424 min avro (792 min manat) borcludur. 2021/2022-ci il mövsümündə bu komandada oynayan yarımmüdafiəçi maaşının çox hissəsini ala bilməyib.
Bu mövsüm “Bursaspor”un heç bir peşəkar liqada iştirakına icazə verilməyib. Klub bir dəfə Türkliyə superliqasını qazanıb.