“7-ci medalı qazanmaqla tarix yazmaq və Bakı-2015-də iştirak etmək istəyirəm”

Karate üzrə Türkiyə komandasının üzvü Serap Özçelik 50 kiloqram çəki dərəcəsində dəfələrlə Avropa çempionu olub. Allsport.az xəbər verir ki, türkiyəli idmançı 2012-ci ildə karate üzrə dünya çempionatında da bürünc medal qazanıb.

27 yaşlı idmançının martın 19-dan 22-dək İstanbulda keçiriləcək karate üzrə Avropa çempionatında növbəti medalını qazanmaq imkanı var. Türkiyəli karateçi deyib:

“Karyeram ərzində bu günədək üç qızıl, bir gümüş və iki bürünc medal qazanmışam. Bu ardıcıllıq məni zəfər pilləsinə aparmalıdır. Yeddinci medalı qazanmaqla tarix yazmaq istəyirəm”.

Özçelik “Bakı-2015” Avropa Oyunlarında iştirak etməyi arzulayır. “Bakı-2015”də kvota yerləri isə İstanbulda keçiriləcək Avropa çempionatında məlum olacaq. Hər çəki qrupunda ilk altılıq Azərbaycana kvota yerlərini qazandıracaq. Avropa çempionatı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Həmin kateqoriyadan