Ən titullu karateçilərimiz “Basel Open Masters”də

Karate milimiz İsveçrəyə yarışa yollanıb. Allsport.az saytı xəbər verir ki, AMKF-nin prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə komandamız 8-ci “Basel Open Masters” beynəlxalq turnirində iştirak edəcəklər.

Ənənəvi yarışda Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev və Novruz Əliyev (hər ikisi – 75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), qadınlarda Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaqlar.

Həmin kateqoriyadan