18-ci turun bütün oyunları eyni saatda

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 18-ci turun oyun cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, növbəti turun qarşılaşmaları eyni gündə reallaşacaq.

20 dekabrda keçiriləcək oyunların hamısı saat 14:00-da başlayacaq.

Əvəzedicilərin çempionatı
18-ci tur
20 dekabr (şənbə)

“Xəzər Lənkəran” – AzAL
Bakı. “AzAL Arena”.

“Simurq” – “Bakı”
Zaqatala şəhər stadionu.

“Qəbələ” – “İnter”
Qəbələ şəhər stadionu, köməkçi meydança.

“Qarabağ” – “Sumqayıt”
Bakı. “Dalğa Arena”.

Həmin kateqoriyadan