Ağayar Axundzadə 60!

Bu gün ölkəmizin tanınmış cüdo mütəxəssisi Ağayar Axundzadənin 60 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, dünya şöhrətli çalışdırıcı bu idman növündə ən titulludur.

Onun tələbəsi Nazim Hüseynov (60 kq) Barselona-1992 olimpiadasının qızıl medalçısıdır. Müstəqillik dönəmində uzun illər milli komandamızın baş məşqçisi olan Ağayar müəllim Pekin-2008-də də çox sevinib.

Çində cüdo komandamız 2 mükafata yiyələnib. Rəqiblərinə 1 xal belə verməyən Elnur Məmmədli (73 kq) finalda 13 saniyəyə ipponla olimpiya çempionu olub, Mövlud Mirəliyev (+100 kq) isə 3-cü yer tutub. Amma sonradan bilinib ki, onun yarımfinalda 5 dəqiqəlik gərgin tutaşmada yalnız qızıl xalda uzudduğu monqolustanlı rəqibi dopinq qəbul edib.

Uğurlarına görə o, ölkə başçısı tərəfindən 2 dəfə “Tərəqqi” medalı ilə təltif olunub. Hazırda Ağayar Axundzadə ACF-də çalışır.

Həmin kateqoriyadan