Bakı İdman Sarayında 20 yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate turniri keçiriləcək

20-22 yanvarda Bakı İdman Sarayında AMKF və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə 20 yanvar şəhidlərinin xatirəsinə turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında kata və kumite yarışında yerli idmançılarla yanaşı, İran, Rusiya və Gürcüstan komandalarını təmsil edən 600-dək idmançı iştirak edəcək. Karateçilər həm fərdi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.

Həmin kateqoriyadan