- Baxış sayı: 94
- 26 Aprel 2024 20:32
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Çex Respublikasının Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa kubokunda Azərbaycan millisi 4 medal qazanıb.
Allsport.az xəbər verir ki, bizdən İbrahim Bayramlı (50 kq), Tofiq Məmmədov, Kəramət Hüseynov (hər ikisi 55 kq) və İsmayıl İbrahimov (60 kq) bürünc medallara sahib olublar.
Paşa Əliyev (60 kq) və Nahid Amanov (73 kq) bürünc medal uğrunda görüşlərdə məğlub olaraq, turniri 5-ci pillədə başa vurublar. Avropa kubokuda 33 ölkədən 687 cüdoçu mübarizə aparıb.