“Daha aqressiv və sürətli olmalıyıq”

Sabah “Qarabağ”ımız Avropa Liqasının pley-off mərhələsinin cavab matçında İsveçin “Göteborq” komandasını qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında öz fikrini bildirib:

“Elə bir an gəlib çıxıb ki, ən vacib oyunlarımızdan birinə çıxacağıq. Rəqibi daha yaxından tanıdım. Pis hazırlaşmamışıq. Oyunun gedişatında hər hansı düşünmədiyimiz hadisələr baş versə, buna hazırıq. Rəqib çox ciddidi.

Geridə olsaq da, iki oyunun nəticəsinə görə qalib gəlməyə çalışacağıq. Müdafiədə diqqətli olmalıyıq. Sabah hücumda oynayacağıq. Rəqibi öz cərimə meydanımızdan uzaq tutmağa çalışacağıq. Daha aqressiv və sürətli olmalıyıq. Çalışacağıq topun sürətini artıraq, boş sahələrdən istifadə edək”.

Həmin kateqoriyadan