Gənc ağırlıqqaldırma millimiz dünya birinciliyinə yollanır

15-23 iyunda Yaponiya paytaxtında gənc ağırlıqqaldıranların dünya birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 306 azman (181 oğlan və 125 qız) körpücük üzərinə çıxacaq.

Tokionun “Kishi Memorial Hall” kompleksində keçiriləcək mübarizədə ölkəmizi Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi – 62 kq), İsa Rüstəmov (69 kq), Hüseyn İsmayılov (94 kq) təmsil edəcəklər.

Həmin kateqoriyadan