Gənc cüdoçularımız Avropa birinciliyinin ilk günündə 2 dəst medal qazanıb

Bu gün Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə millimizin 13 üzvü tatami üzərinə çıxıb. Kəramət Hüseynov (60 kq) və Hidayət Heydərov (73 kq) bütün rəqiblərindən üstün olublar.

Rəşxan Baxışəliyev (55 kq) və Murad Fətiyev (73 kq) yalnız finalda uduzublar. Xanım cüdoçularımızdan Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) 3-cü yer tutublar. Komanda hesabında hələlik oğlanlarda yığmaız ilk sıradadır.

Qeyd edək ki, 41 ölkədən 402 idmançının (222 oğlan, 180 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 16 nəfərlə (10 oğlan, 6 qız) təmsil olunur.

Həmin kateqoriyadan