“İnter”- ilk 10 ilin izi” kitabının təqdimatı keçirilib

Bu gün “İnter Hotel Grand Prospect”-in restoranında “bankçılar”ın 10 illiyinə həsr olunmuş “İnter”-ilk 10 ilin izi ilə” kitabının təqdimat mərasimi keçirilib.

Allsport.az saytı xəbər verir ki, nəşrin müəllifləri – komandanın mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov və baş direktorunun müavini Aleksey Barvinski kitab haqqında qısa məlumat verdiblər.

Tədbirdə iştirak edən klubun prezidenti Georgi Nikolov klub haqqında kitabın dərc olunmasının yaxşı ənənəyə çevriləcəyinə ümid etdiyini deyib. Oxucuların klub barədə daha ətraflı məlumat ala biləcəklərini vurğulayan bolqarıstanlı mütəxəssis nəşrin müəlliflərinə təşəkkürünü bildirib.

Həmin kateqoriyadan