İspaniyada uğur qazanan gənc cüdo komandamız Vətəndə alqışla qarşılanıb

İspaniyada gənc cüdoçuların Avropa birinciliyində uğur qazanan millimiz artıq Vətənə dönüb.

Allsport.az saytı xəbər verir ki, yarışda 2 qızıl medal və komanda mübarizəsində gümüş mükafata yetişən heyət üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında ACF-in rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, KİV və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.

Avropa çempionatında cüdoçularımızdan Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) qızıl medala sahib olublar.

Həmin kateqoriyadan