Karateçilərimiz Danimarkaya Avropa birinciliyinə yollanıblar

8-10 fevtalda Danimarkanın Aalborq şəhərində yeniyetmələr və gənclər arasında 46-cı, U-21 üzrə 11-ci Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 51 ölkədən 1092 nəfər mübarizə aparacaq. AMKF-in prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi komandaların heyətinə müxtəlif yaş qruplarında 19 idmançı, 3 məşqçi və 5 hakim daxildir.

Kumite üzrə yeniyetmələrdə Ramil Baxşəliyevin (52 kq), Çinarə Xəlilovanın (54 kq), Hüseyn Məmmədlinin (57 kq), Tale Yaqubovun (63 kq), Fidan Dadaşovanın (47 kq), İsmayıl Məhəbbətlinin (70 kq) və Emin Namazov (kata) çıxış edəcəklər.

Gənclərdə Əminağa Quliyev (61 kq), Tural Yaqubov (68 kq), Mədinə Sadıxova (48 kq), Ayla Rzazadə (59 kq) və Ceyhun İsmayılov (kata) rəqabət aparacaq. U-21-də Müseyib Məmmədov (60 kq), Hümmət Baxşəliyev (67 kq), Emil Güləhmədov (84 kq), Murad Hacızadə (+84 kq), Fidan Teymurova (50 kq), İnci Əzizova (55 kq) və Roman Heydərov (kata) tatamiyə çıxacaqlar.

Milli dərəcəli hakimlər Mir-Cabbar Seyidov, Seymur Məmmədov, Akif Quliyev və Mehman Mədətov beynəlxalq status almaq üçün yarış qabağı Avropa Karate Federasiyasının hakimlər komitəsinin imtahanlarında iştirak edəcəklər.

Həmin kateqoriyadan