Karateçilərimizdən 2 bürünc mükafat

Şahin Atamov (+84 kq) və Roman Heydərovun (kata) qazandığı bürünc medallarla azərbaycan karateçiləri Avropa çempionatını başa vurublar. Allsport.az saytı xəbər verir ki, onların final şansı olsa da müəyyən səbəblərdən fəxri kürsünün daha yüksək pillələrində yer ala bilməyiblər. Federasiyanın przidenti, WKF-in Texniki komitəsinin, üləcə də EKF-in İcraiyyə komitəsinin üzvü Yaşar Bəşirov mükafatlandırma mərasimində iştiak edib.

Rəsmi yarışlarda ilk dəfə çıxış edən kata üzrə milli komandamız isə bürünc medal uğrunda həlledici görüşdə təcrübəsizlik üzündən məğlub olub.

Kişilərdən ibarət əsas heyət Bakıda 4-cü İslam oyunlarına hazırlaşdığından, Türkiyənin Qocaeli şəhərində 52-ci qitə çempionatında ikinci heyətin üzvləri mübarizə aparıblar.

Çempionatın tatami menecerinin köməkçilərindən biri kimi məsul işi aparan beynəlxalq hakim Cahangir Babayevə həmçinin final görüşlərini idarə etmək həvalə olundu. Onunla bir yerdə digər beynəlxalq hakim Yusif Məmmədov, Avropa Karate Federasiyasında hakimlik fəaliyyətinin 10 ili tamam olması münasbətilə xüsusi bürünc döş nişanına layiq görüldülər.

Həmin kateqoriyadan