“Kişinyov-Zirvə”nin ağırlıqqaldıranları Avropa çempionatında

Aprelin 9-18-də Gürcüstanın paytaxtı Tiflis şəhərində ağırlıqqaldıranlar arasında Avropa çempionatı keçiriləcək. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, bu yarışda 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirak etməsi gözlənilir. Turnirdə “Zirvə” Beynəlxalq İdman Klubu da geniş heyətlə iştirak edecək.

Azərbaycan yığmasının üzvü Anastasiya İbrahimli ilə yanaşı, xarici filialımız da medallar uğrunda mübarizəyə qoşulacaq. “Kişinyov-Zirvə” klubunun 5 üzvü Moldova yığmasının heyətində Avropa Çempionatında çıxış edəcək.

Qadınlarda Natalya Prişepa (75 kq), kişilərdə Oleq Sırqi (56 kq), Sergey Çeşir (69 kq), Dumitru Kaptari (77 kq), Adrian Zbirnea (105 kq) körpücük üzərinə qalxacaqlar.

Həmin kateqoriyadan