YENİLƏNİB
“İnter” “Neftçi”yə, “Qarabağ” “Xəzər Lənkəran”a qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 17-ci tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.

Öncə “Sumqayıt” evdə “Qəbələ”ni qəbul edib. Hesabı meydan sahibləri açsa da, son dəqiqələrdə mübahisəli penaltini qola çevirən qonaqlar məğlubiyyətdən qaça biliblər. “Xəzər Lənkəran” doğma divarlar arasında son çempion, indiki lider “Qarabağ”ı sınağa çəkib. 5 qolluq qarşılaşmada qələbəni Ağdam təmsilçisi bayram edib. Paytaxt derbisində isə “İnter” və “Neftçi” komandaları münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də qələbə meydan sahiblərinə qismət olub.

Topaz Premyer Liqası
17-ci tur
18 dekabr

“Sumqayıt” – “Qəbələ” 1:1 (0:0)
Qollar: M.Qurbanov, 67 (1:0). C.Hüseynov, 87-pen. (1:1).
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, İnqilab Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 11. Kiyan Sultanpur, 17. Ramazan Abbasov, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev, 96. Budaq Nəsirov.
Baş məşqçi: Aqil Məmmədov.
“Qəbələ”: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 5. Sadiq Quliyev, 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 25. Adrian Ropotan, 27. Bəxtiyar Soltanov, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 8. Markus Kunya, 13. Murad Musayev, 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto, 26. Pavol Farkaş, 99. Tellur Mütəllimov.
Məşqçi: Sənan Qurbanov.

“Xəzər Lənkəran” – “Qarabağ” 2:3 (1:1)
Qollar: M.Muarem, 7 (0:1). Q.Qarayev, 17-öz qapısına (1:1). S.Tounkara, 56 (2:1). M.Muarem, 63 (2:2), B.Hüseynov, 79 (2:3).
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ramil Diniyev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 22. Əfran İsmayılov, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 13. Aleksandr Şemonayev, 17. Kazım Kazımlı, 28. Fernando Qabriel, 70. Elşən Rzazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Baş məşqçi: Oğuz Çətin.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 33. Şəhriyar Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

“İnter” – “Neftçi” 0:1 (0:1)
Qollar: N.Kanales, 41 (0:1). J.Nildo, 65 (1:1). M.Mirzəbəyov, 71 (2:1).
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ömər Paşayev.
Bakı. “İnter Arena”.

“İnter”: 25. Səlahət Ağayev (k), 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 11. Asif Məmmədov, 12. Junior Nildo, 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benites, 6. Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev, 17. Məhəmməd Mirzəbəyov, 28. Baçana Sxadadze, 80. Nizami Hacıyev.
Məşqçi: Zaur Svanadze.
“Neftçi”: 1. Emil Balayev, 2. Karlos Kardoso, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 11. Nikolas Kanales, 15. Erik Ramos, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 23. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 10. Julius Vobay, 17. Nicat Qurbanov, 20. Fəhmin Muradbəyli, 90. Ernest Nfor, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.

Turun digər oyunu: “Bakı” – AZAL 1:3.

Bombardirlər:
8 – Mikel Alvaro (“İnter”)
7 – Nurlan Novruzov (“Bakı”), Məhəmməd Qurbanov (“Sumqayıt”).

Həmin kateqoriyadan