“Qəbələ” və 3 divizion klubu cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasındakı çempionatın 23-cü turunun, eləcə də birinci divizionun 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

Əvəzedicilərin çempionatında “Qəbələ” – “Xəzər Lənkəran” matçının 90+2-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Şirməhəmməd Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

Azərbaycan I Divizionunun 16-cı turunun “Şəmkir” – “Ağsu” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Şahdağ” – MOİK matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Bakılı” – “Mil-Muğan” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Həmin kateqoriyadan