“Qarabağ” – “İnter”: Oyun öncəsi mətbuat konfranslarının vaxtı açıqlandı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan çempionu “Qarabağ”la İtaliya “İnter”i arasındakı oyun öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Allsport.az xəbər verir ki, dekabrın 10-da 18:00-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq.

Ağdamlıların oyun öncəsi məşqi isə 18:30-da başlayacaq.

“İnter”in baş məşqçisi Roberto Mancini 20:00-da mətbuat konfransına çıxacaq. İtalyanların məşqi isə 20:30-da start götürəcək.

Xatıradaq ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:00-da başlayacaq.

Həmin kateqoriyadan