Qurban Qurbanov: “Çox vacib 3 xal qazandıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Fanatlar üçün çox maraqlı oyun alındı. Onlara öz təşəkkürümü bildirmək istəyirəm. Həmişə bizə dəstək olurlar. Nəticəyə gəldikdə, çox vacib 3 xal qazandıq. Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra nəhayət ki, qələbə qazandıq. “Xəzər Lənkəran” komandasına uğurlar arzulamaq istəyirəm. Biz isə qarşıdakı oyunlara hazırlaşıb, lazım olan nəticəni qazanmağa çalışacağıq”.

Həmin kateqoriyadan