Şpaqaçımız Parisdə dünya kubokunda 1/64 finalda dayanıb

Şpaqaçımız Kənan Əliyev Parisdə dünya kubokunun mərhələsində iştirak edib. Allsport.az saytı xəbər verir ki, qrupda keçirdiyi 6 görüşün 3-ündə qələbə qazanan qılıncoynadanımız pley-offa adlayıb.

Burada ilk qarşılaşmada Misir idmançısı Ayman Fayezə 15:11 hesabı ilə qalib gələn Kənan Əliyev, 1/64 finalda Çex təmsilçisi Martin Çapekə 13:15 uduzub.

Həmin kateqoriyadan